Yeni nəsil onlayn təhsil

Ən yaxşı müəllimlərlə
canlı dərslərə başla

Müasir web texnologiyası ilə real vaxtda interaktiv dərslər keçin. İnteraktiv lövhə, video yayım və anlıq mesajlaşma — hamısı bir platformada.

40

Tələbə

6

Müəllim

1

Kurs
0 tələbə
indi onlayn
Sertifikat
verildi ✨
CANLI YAYIM

Riyaziyyat — Funksiyalar

Rəşad Məmmədov

Müddət
90 dəqiqə
İştirakçı
48 / 60
Reytinq
⭐ 4.9
Xüsusiyyətlər

Niyə EduLive?

Müasir texnologiyalarla gücləndirilmiş onlayn təhsil platforması

HD Canlı Yayım

Gecikmə olmadan yüksək keyfiyyətli video dərslər keçin.

İnteraktiv Lövhə

Real vaxtda rəsm çəkin, yazın ve tələbələrlə birgə işləyin.

Tam Təhlükəsizlik

End-to-end şifrələmə ilə bütün məlumatlarınız qorunur.

Hər Yerdən Giriş

Kompüter, tablet və ya telefondan — istənilən cihazda işləyir.

Anlıq Mesajlaşma

Dərs zamanı müəllimlə və tələbələrlə real vaxtda söhbət edin.

Sertifikatlar

Kursları bitirdikdən sonra rəsmi sertifikat əldə edin.

Kurslar

Populyar Dərslər

Ən çox baxılan və sevilən kursları kəşf edin

Azərbaycan dili - 9 Azərbaycan dili

Azərbaycan dili - 9

Gunel Qehremanova
10 tələbə PULSUZ
Bütün Kursları Gör
Kateqoriyalar

Maraq Sahəni Seç

Müxtəlif sahələr üzrə ən yaxşı kursları kəşf edin

Müəllimlər Üçün

EduLive-da Təlimçi Ol

Öz bilik və bacarıqlarını minlərlə tələbə ilə bölüş...

Sərbəst Saatlar
Canlı Yayım
Avtomatlaşdırılmış Sertifikat
Güclü Analitika Paneli
Teacher
avatar avatar avatar
+500 Müəllim
Tam Bələdçi

Platforma Necə İşləyir?

Müəllim və tələbə üçün addım-addım izahat — sistemi 2 dəqiqəyə başa düşün

1

Müəllim kimi qeydiyyatdan keçin

«Pulsuz Başla» düyməsinə basın, qeydiyyat formasında «Müəllim» rolunu seçin. Ad, soyad, e-poçt və şifrə daxil edərək hesabınızı yaradın. Google hesabı ilə də bir kliklə daxil olmaq mümkündür.

2

Balans sistemi — Başlanğıc 20 ₼ Kredit

Qeydiyyatdan keçdikdən sonra müəllim hesabınıza başlanğıc olaraq 20 ₼ kredit yüklənir. Kurs yaratmaq üçün əvvəlcə «Fənn Marketpleysi» bölməsindən istədiyiniz fənnə (riyaziyyat, fizika, ingilis dili və s.) abunə olmalısınız. Abunəlik haqqı balansınızdan avtomatik çıxılır. 20 ₼ başlanğıc kredit ilk fənn abunəliyinizi ödəməyə çatır. Balansınız bitdikdə isə «Ödəniş» bölməsindən istənilən məbləği əlavə edə bilərsiniz.

3

Fənnə abunə olun və kurs yaradın

«Fənn Marketpleysi»ndən fənninizi seçib abunə olun (balansdan çıxılır). Sonra «Kurslarım» bölməsinə keçin → «Yeni Kurs» düyməsinə basın. Kursun adını, fənnini, təsvirini daxil edin. İstəsəniz kurs şəkli əlavə edə, ödənişli və ya pulsuz təyin edə bilərsiniz. Yalnız abunə olduğunuz fənnlər üzrə kurs aça bilərsiniz.

4

Kurs parametrlərini tamamlayın

Kursu yaratdıqdan sonra onun içərisinə girərək dərslər əlavə edin, dərs vaxtlarını təyin edin və tələbələrin qoşulması üçün kursu "Aktiv" statusuna gətirin.

5

Tələbələri kursa qəbul edin

Tələbələr kursa abunəlik müraciəti etdikdən sonra sizə bildiriş gəlir. «Tələbələr» bölməsindən müraciəti «Təsdiq» edirsiniz — o andan tələbə kursun bütün dərs və materiallarına çıxış əldə edir. İstəyən tələbəni blok edə ya çıxara bilərsiniz.

6

Canlı dərs açın

«Dərslər» bölməsindən yeni dərs yaradın — adını, tarixini, müddətini (adi hesab üçün max 2 saat, premium üçün 8 saat) təyin edin. «Başlat» düyməsinə basdıqda interaktiv dərs otağı açılır: ağ lövhə, kamera, mikrofon, ekran paylaşımı, fayl göndərmə, canlı söhbət — hamısı bir yerdə.

7

Dərsdə istifadə edə biləcəyiniz alətlər

  • İnteraktiv ağ lövhə — qələm, marker, pozucu, fiqurlar, mətn alətləri, çoxsəhifəli yazı lövhəsi
  • PDF / Video paylaşımı — lövhəyə birbaşa PDF slayd və ya video yükləyin
  • Ekran paylaşımı — öz ekranınızı tələbələrə canlı göstərin
  • Canlı test (Quiz) — Premium hesabla dərsdə ani test yaradın, cavabları real vaxtda izləyin
  • Mikrofon idarəetməsi — bütün tələbələri susdura, fərdi mikrofon icazəsi verə bilərsiniz
  • Canlı subtitr — Premium hesabla söylədiklərinizin avtomatik yazısı ekranda görünür
  • YouTube yayımı — dərsinizi eyni zamanda YouTube-da canlı yayımlayın
  • Söhbət paneli — tələbələrlə yazılı məsajlaşma
  • Dərs yazısı — Premium hesabla dərsi yerli cihazınıza qeydə alın
8

Material yükləyin

Hər dərs üçün tamamlayıcı materiallar (PDF, Word, Excel, PowerPoint, şəkil, zip) yükləyə bilərsiniz. Tələbələr bu materialları öz panellərindən endirə bilərlər.

9

Sınaq (Quiz) yaradın — Premium

«Sınaqlarım» bölməsindən kurs üçün çoxseçimli testlər yaradın. Dərs zamanı tələbələrə göndərin, cavabları anlıq görün. Sınaq nəticələri avtomatik qeydə alınır.

10

Sertifikat verin

Kursunu tamamlayan tələbə üçün «Sertifikatlar» bölməsindən rəsmi sertifikat yarada bilərsiniz. Hər sertifikatın özünəməxsus doğrulama kodu olur — istənilən kəs saytda kodu daxil edərək sertifikatın həqiqiliyini yoxlaya bilər.

Məsləhət: Kursun keçirilmə sxemi belədir: Qeydiyyat → 20 ₼ başlanğıc kredit al → Fənnə abunə ol → Kurs yarat → Tələbəni qəbul et → Dərs aç → Material paylaş → Sınaq ver → Sertifikat təqdim et. Balans bitdikdə «Ödəniş» bölməsindən istənilən məbləği əlavə edə bilərsiniz.
1

Tələbə kimi qeydiyyatdan keçin

«Pulsuz Başla» düyməsinə basın, qeydiyyat formasında «Tələbə» rolunu seçin. Ad, soyad, e-poçt və şifrənizi daxil edin. Google hesabı ilə də bir kliklə qeydiyyat mümkündür — heç bir ödəniş tələb olunmur.

2

Kurs tapın və abunə olun

«Kurslar» bölməsindən sizi maraqlandıran fəni tapın. Kurs səhifəsinə daxil olub «Abunə ol» düyməsinə basın — müraciətiniz müəllimə göndərilir. Müəllim təsdiqlədiyi andan kursun bütün imkanları sizə açılır.

3

Canlı dərsə qoşulun

Müəllim dərsi başlatdığında sizə bildiriş gəlir. «Dərslərim» bölməsindən aktiv dərsi tapıb «Qoşul» düyməsinə basın. Brauzer kamera/mikrofon icazəsi istəyəcək — icazə verdikdən sonra dərsdə iştirak edə bilərsiniz. Heç bir proqram yükləmək lazım deyil.

4

Dərsdə nələri görürsünüz?

  • Müəllimin ağ lövhəsi — real vaxtda çəkdikləri, yazdıqları sizə anında çatır
  • Müəllimin ekran paylaşımı — müəllim ekranını paylaşanda avtomatik görünür
  • Söhbət paneli — müəllimə və digər tələbələrə sual yaza bilərsiniz
  • Mikrofon — müəllim icazə verdikdə mikrofonunuzu aça bilərsiniz
  • Canlı test — müəllim sınaq göndərdikdə suallar ekranınızda görünür, cavablandırırsınız
  • Subtitr — müəllimin danışdıqları avtomatik yazı şəklində ekranda görünür (müəllim aktivləşdirirsə)
5

Materialları endirin

Müəllim yüklədikləri materialları (PDF, Word, PowerPoint, şəkil və s.) «Materiallar» bölməsindən istənilən vaxt endirə bilərsiniz. Dərs başa çatdıqdan sonra da əlçatan olur.

6

Sınaqda iştirak edin

«Sınaqlarım» bölməsindən müəllimin hazırladığı testlərə girə bilərsiniz. Hər sualı oxuyub cavablandırın — nəticəniz dərhal göstərilir. Sınaq nəticəniz avtomatik qeydə alınır.

7

Sertifikat alın

Müəllim kursunuzu tamamladığınızı təsdiqlədiyi zaman sizin adınıza rəsmi sertifikat yaradılır. «Sertifikatlarım» bölməsindən PDF formatında endirə bilərsiniz. Hər sertifikatın unikal doğrulama kodu var — CV-nizə əlavə edə bilərsiniz.

8

Müəllimə şikayət / mesaj göndərin

«Mesajlarım» bölməsindən müəllimlə birbaşa yazışa bilərsiniz. Əgər müəllimin davranışından narazısınızsa, «Şikayət» funksiyasından istifadə edə bilərsiniz — bu, platformanın keyfiyyətini qorumağa kömək edir.

Məsləhət: Dərslərə qoşulmaq üçün heç bir əlavə proqram lazım deyil — yalnız Google Chrome, Edge və ya Firefox brauzeriniz olsun kifayətdir. Kamera olmadan da dərsi izləyə bilərsiniz, lakin mikrofonunuz olsa daha interaktiv iştirak edə bilərsiniz.

40

Tələbə

6

Müəllim

1

Kurs

2

Canlı Dərs
Rəylər

İstifadəçilərimiz Nə Deyir?

"

EduLive sayəsində evdən çıxmadan ən yaxşı müəllimlərdən hazırlıq keçirə bildim. Canlı dərslər çox interaktiv və keyfiyyətlidir. Sertifikat almaq da çox motivasiya edici oldu!

Aytac Hüseynova
Riyaziyyat tələbəsi, Bakı
Tələbə
FAQ

Tez-tez Verilən Suallar

Platforma haqqında ən çox soruşulan suallar və cavabları

Platformaya qoşulmaq üçün hər hansı proqram yükləmək lazımdır?

Xeyr, heç bir proqram yükləməyə ehtiyac yoxdur. EduLive tamamilə brauzer üzərindən işləyir və istənilən müasir cihazdan (kompüter, planşet, smartfon) birbaşa dərslərə qoşula bilərsiniz.

Canlı dərslər zamanı müəllimlə ünsiyyət necə qurulur?

Dərs zamanı siz anlıq çat vasitəsilə suallarınızı verə bilər, həmçinin müəllimin icazəsi ilə mikrofon və kameranızı açaraq səsli və görüntülü şəkildə dərslərdə aktiv iştirak edə bilərsiniz.

Canlı dərsi öz kompüterimə yaza bilərəmmi?

Bəli, canlı dərsləri birbaşa saytın özündən lokal kompüterinizə record edə bilərsiniz. Dərs zamanı ekrandakı record düyməsini istifadə etməklə video kompüterinizdə saxlanılır və istənilən vaxt baxmaq olur.

Ödəniş sistemləri və məlumatların təhlükəsizliyi necə təmin olunur?

Platformamızda bütün ödənişlər rəsmi bank inteqrasiyaları vasitəsilə tam təhlükəsiz şəkildə həyata keçirilir. Şəxsi məlumatlarınız və dərsləriniz end-to-end şifrələmə texnologiyası ilə qorunur.

Təhsilinizdə yeni səhifə açın

İndi pulsuz qeydiyyatdan keçin və ən yaxşı müəllimlərlə tanış olun

Pulsuz Başla